
O, karyerasının sonunadək “Real”da olmaq istəyir
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa gələcək karyerası haqda danışıb.
Komanda.az “El Espanol”-a istinadən xəbər verir ki, fransalı futbolçu bütün karyerasını Madrid klubunda keçirməyə hazır olduğunu bildirib:
“Mən bütün həyatımboyu özümü “Real”da görürəm”.
21 yaşlı Kamavinqa 2021-ci ildə “Renn”dən “kral klubu”na keçib. O, Madrid komandasının heyətində 144 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin