“Bu klubda oynamaqdan çox zövq alıram” – Maquayr
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr gələcəyi ilə bağlı danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, niyə keçən yay “Mançester Yunayted”dən ayrılmadığını açıqlayıb:
“Keçən il çox oyun oynamadım, istədiyimdən az. Ardıcıl bir neçə oyun oynamaq üçün çoxlu imkanlarım oldu. Amma əvvəlcə xəstələndim, sonra iki dəfə zədələndim, ona görə də, ritmə girmədim və özümü məşqçiyə sübut edə bilmədim. Mən bu klubda oynamaqdan çox zövq alıram və qalıb mübarizə aparmağa hazıram”.
30 yaşlı futbolçu keçən yay “Vest Hem”ə keçə bilərdi, lakin razılaşma baş tutmadı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin