“Bu hissi yenidən yaşamaqdan həyəcanlıyam”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar yenidən futbol sahəsinə qayıtmasından danışıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu hissi yenidən yaşamaqdan həyəcanlı olduğunu bildirib:

“Mən bu hissi yenidən yaşamaqdan həyəcanlıyam. Uca Allah bizə xeyir-dua versin, qorusun”.

Neymar Asiya Çempionlar Liqasında “Əl-Əyn”lə oyunda iştirak edib. Onun komandası 5:4 hesablı qələbəni bayram edib.

32 yaşlı forvard zədə səbəbindən bir il idi ki, meydanlardan kənarda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button