Mən artıq mənimlə olan bir ailə istəyirəm – Sneyder


Hazırda Qətərin “Əl-Qarafa” klubunun formasını geyinən Uelsli Sneyder gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az “De Telegraaf”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu hələ də özünü yaxşı hiss etdiyini deyib:

“Hər oyundan sonra məni futbol həyatımı bitirməyə məcbur edən şübhələrim yox olur. Amma bu yay indikinə nisbətən daha çox acı çəkəcəm. 35 yaşım olanda artıq özümü dəyərləndirmək istəyirəm. Karyeram boyunca demək olar ki, hər zaman oynamışam. Hazırda fiziki cəhətdən yaxşı vəziyyətdəyəm və mümkün olduğu qədər uzun müddət oynamaq istəyirəm. Ancaq bu, mental bir qərardır. Sadəcə, ailəmlə birlikdə olmaq istəyirəm. Həyat yoldaşım Hollandiyada işləyir. Harda olduğunun fərqi yoxdur, mən artıq mənimlə olan bir ailə istəyirəm”.

Hollandiya Futbol Federasiyasından məşqçilik kursu üçün dəvət aldığını deyən Sneyder, bu haqda hələ ki, qərar vermədiyini bildirib:

“Hollandiya Futbol Federasiyasının dəvət etdiyi kurs may ayında başlayacaq. Kursa yüz faiz qatılacağımı deyə bilmərəm. Futbol oynamağa davam etsəm, bu kursa qatılmayacam. İndi ilk növbədə bir qərar verib, gələcəyimi müəyyənləşdirmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button