“Hər şey yaxşıdır” – “Barselona”nın müdafiəçisi
“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo İspaniya çempionatının “Selta” ilə 25-ci tur matçının (1:2) fasiləsində əvəzləndikdən sonra fiziki durumu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu bu haqda sosial şəbəkə hesabında yazıb:
“Hər şey yaxşıdır. Artıq növbəti oyun haqqında düşünürəm”.
Daha əvvəl mediada Arauxonun əzələləri çox yükləndiyi üçün əvəzləndiyi barədə məlumatlar yayılıb. Bu səbəbdən, müdafiəçinin fevralın 21-də, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə oyununda iştirak edə bilməməsi riskinin olduğu vurğulanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin