
“Xabi Alonso ilə əla münasibətim var”
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında işləməsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssislə əla münasibətinin olduğunu söyləyib:
“Mən bu məşqçi ilə işləməyi xoşlayıram. Onunla əla münasibətim var. Hazırda bütün diqqətimi hər matça yönəldirəm, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Mən təkmilləşməyə davam edəcəm”.
Alonso 2024/2025 mövsümü başa çatdıqdan sonra Karlo Ançelottini əvəz edərək, Madrid klubunun baş məşqçisi vəzifəsinə keçib.
Tçuameni La Liqanın bu mövsümündə 3 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



