“Hər kəs bilir ki, biz Lukaku ilə yenidən müqavilə imzalamaq istəyirdik” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi “Roma”nın hücumçusu Romelu Lukaku haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Lukakunun başqa kluba keçmək qərarından danışıb:
“Hər kəs bilir ki, biz yayda Lukaku ilə yenidən müqavilə imzalamaq istəyirdik. Mən onu geri qaytarmaq istədim. Biz bunu etməyə çalışdıq, amma sonra Lukaku başqa kluba keçmək qərarına gəldi. Bu, həyatdır.
O, Çempionlar Liqasının finalında ehtiyat oyunçular skamyasında qalmasından narazı idi? Mən ən yaxşı seçimimi “İnter”in xeyrinə edirəm”.
30 yaşlı hücumçu yayda icarə əsasında “Çelsi”dən “Roma”ya keçib. Lukaku buna kimi “İnter”də icarə əsasında çıxış etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin