“Xəyal etdiyim şey budur” – “Arsenal”ın qapıçısı
“Arsenal”ın qapıçısı David Raya klubdakı gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper xəyalının gerçəkləşdiyini bildirib:
“Dünyanın ən vacib klublarından birindəyəm və Çempionlar Liqasında oynayıram: xəyal etdiyim şey budur. Təbii ki, bunun üçün baş məşqçi Mikel Artetaya təşəkkür etməliyəm. Müqavilə 2024-cü ildə qalıcı olacaq? Mənə qalsa, dünəndən bu kluba transfer olardım”.
Raya “Brentford”dan icarə əsasında “topçular”a keçib. Onunla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
İspaniyalı qapıçı bu mövsüm “Arsenal”ın heyətində bütün yarışlarda 6 oyun keçirib, 4 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin