“Ona minnətdaram, yaxşı ki, bura gəlmişəm” – Sane
Bir müddət əvvəl “Mançester Siti”dən “Bavariya”ya transfer olunan Leroy Sane açıqlama verib.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və “Bavariya”ya keçidi haqqında danışıb:
“Mənə öyrətdiyi hər şey üçün Qvardiolaya minnətdaram. O, məni ən yüksək səviyyəyə çatdırdı. Pep çox diqqətli insandır və futbolçuları daha yüksək səviyyəyə aparmaq istəyir. O, futbolçuların inkşaf etməsinə çox kömək olur. Taktikalarında çox qətiyyətlidir, amma bu, müsbət məqamdır.
“Bavariya”ya transferimdə idman direktoru Hasan Salihamiciçin böyük rolu oldu. Transfer danışıqlarının ilk anından bu keçid üçün çalışdı. Klubun necə işlədiyini, məqsədləri izah etdi. Ona minnətdaram, yaxşı ki, bura gəlmişəm”.
Bizi Facebook-da izləyin