“Barselona”da mənə inanan yeganə şəxs Xavi idi”
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes ötən mövsüm ona əsas komandada oynamaq imkanı verən sabiq baş məşqçi Xaviyə təşəkkür edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, komandada ona yeganə inanan şəxsin Xavi olduğunu bildirib:
“Mən icarədən qayıdanda “Barselona”da mənə inanan yeganə şəxs Xavi idi. Buna görə ona hər zaman minnətdar olacam”.
21 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının ötən mövsümündə 8 qol vurub.
Hans-Diter Flik bu yaxınlarda “Barselona”nın yeni baş məşqçisi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin