“Mənə futbolu sevdirən Ronaldo idi” – “Liverpul”un futbolçusu
“Liverpul”un və Fransa millisinin mərkəz müdafiəçisi İbrahima Konate braziliyalı keçmiş hücumçu Ronaldo haqda danışıb.
Komanda.az “France info”-ya istinadən xəbər verir ki, o, Ronaldo sayəsində futbola aşiq olduğunu etiraf edib:
“Ronaldo, yoxsa Paulo Maldini? Braziliyalı! Mən həmişə onu seçəcəm. Mənə futbolu sevdirən o idi. Uşaq vaxtı vaxt keçirmək üçün oynayırdım. Bir gün qardaşımın Klement adlı dostu ilə mən futboldan danışırdıq və o, məndən Ronaldonu tanıyıb-tanımadığımı soruşdu. Mən “yox” dedim və videonu mənə göstərdi. Özümü sehrə baxan kimi hiss etdim. Bu məni valeh etdi. Sonra onun bütün videolarına baxdım və yeganə məqsədim Ronaldonun driblinqini özümdə təkrarlamaq idi”.
Konate 2021-ci ildən “Liverpul”da oynayır. 24 yaşlı futbolçu bu mövsüm 32 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Bizi Facebook-da izləyin