
Məmmədovun komandası səfərdə uduzdu
Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” Polşa çempionatında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Məmmədovun komandası 21-ci turda “Qurnik”in qonağı olub.
Futbolçumuzun komandası yekunda 2:3 hesablı məğlubiyyətə üzülüb. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Rahilin komandası hazırda 21 xalla 15-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin