Braziliya klubu Depayla müqaviləni poza bilər

“Korintians” hücumçusu Memfis Depayla müqaviləni poza bilər.

Komanda.az “Esportes da Sorte”-yə istinadən xəbər verir ki, Braziliya klubu qanunları pozmaqda ittiham olunan əsas sponsorunu itirmək təhlükəsi ilə üzləşib. Depayın maaşını ödəyən bu sponsorun itirilməsi onun komandadan ayrılmasına səbəb ola bilər.

Depay yayda azad agent kimi “Atletiko”dan “Korintians”a keçmişdi. 30 yaşlı niderlandlı forvard Braziliya çempionatında 3 oyun keçirib, 1 məhsuldar ötürmə verib. O, əvvəllər PSV, “Mançester Yunayted”, “Lion” və “Barselona” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button