Qəzetdən 1 avro təzminat aldı – “Real”ın prezidenti
Madrid məhkəməsi “El Confidencial” qəzetini “Real”ın prezidenti Florentino Peresin danışıqlarının səs yazısını yaydığına görə ona 1 avro ödəməyə məcbur edib.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayımlanıb. “Real”ın prezidenti bu işdə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək istəyib, qəzetdən məhkəmə vasitəsilə simvolik 1 avro tələb edib. Hakim hesab edib ki, qeydlər tamamilə kontekstdən çıxarılıb və Peresin şəxsi toxunulmazlıq hüququ pozulmasa da, qəzet məlumat almaq hüququnu pozub.
75 yaşlı Peres 2009-cu ildən “Real”ın prezidentidir. O, daha əvvəl 2000-2006-cı illərdə bu vəzifədə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin