Salah millidə zədələnib

“Liverpul”un vingeri Məhəmməd Salah sıradan çıxıb.

Komanda.az xəbər verir ki, misirli futbolçu Afrika Millətlər Kubokunda qrup mərhələsinin Qana ilə matçında zədələnib. 31 yaşlı hücumçu qarşılaşmanın ilk hissəsində zədə səbəbindən meydanı tərk etməli olub.

Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Misir – Qana matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button