Məhəmmədəliyevin komandasında daha bir ayrılıq

Türkiyənin “Adana Dəmirspor” klubunda daha bir ayrılıq qeydə alınıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçisi Yonas Svenssonla vidalaşıb.

Norveçdən olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Svensson “Adana Dəmirspor”a 2021-ci ilin yayında “Alkmar”dan gəlmişdi. O, Super Liqa təmsilçisində 84 oyuna 1 qol vurub.

Xatırladaq ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də “Adana Dəmirspor”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button