Məhəmmədəliyevin klubu bosniyalı qapıçı ilə müqaviləyə xitam verdi

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin müqaviləsinə birtərəfli xitam verib.

Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Nəticədə, rəhbərlik Karaçiçlə 2025-ci ilin yayına qədər olan sözləşməni ləğv edib.

Qoran Karaçiç bu mövsüm UEFA Konfrans Liqasının 3 oyununda “Adana Dəmirspor”un formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button