“Məğlub olmağa layiq idik” – “Bayern”in baş məşqçisi
“Bayern”in baş məşqçisi Julian Naqelsmann Çempionlar Liqasının 1/4 final mərhələsinin “Vilyarreal”la ilk oyunu (0:1) haqda danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi komandasının məğlubiyyətə layiq olduğunu bildirib:
“Biz məğlub olmağa layiq idik. Komandamız yaxşı görünmürdü. İlk hissədə müdafiədə gücümüz çatmadı, hücumda da az şans yaratdıq. İkinci hissə isə olduqca çılğın idi.
Oyuna nəzarəti itirdik, çünki qol vurmaq istəyirdik”.
Bu komandalar arasında cavab matçı aprelin 12-də Almaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin