Mədət Quliyev Turk ilə görüşdü

Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb.

AVF-dən Komanda.az-a verilən məlumata görə, Lüksemburqdan olan funksioner Avropada motosiklet idmanının hazırki vəziyyəti və inkişafı haqqında məlumat verib.

Quliyev isə ölkədə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanının inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

AVF prezidenti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.

O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib.

Quliyev ölkə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb.

Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button