Emeri: “Ləng oyun oldu”

“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 32-ci turunun “Brentford”la görüşünü (1:1) dəyərləndirib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, matçın ləng keçdiyini deyib:

“Matçın gedişatına biz nəzarət edirdik. Ləng oyun oldu. Cari mövsümdə bu stadionda cəmi iki komanda qələbəyə sevinib.

Kifayət qədər yaxşı qol imkanlarımız olmasa da, yaxşı müdafiə olunduq. Növbəti görüşlərə daha yaxşı hazırlaşacağıq”.

“Aston Villa” hazırda İngiltərə çempionatının turnir cədvəlində 51 xalla 6-cı, “Brentford” isə 44 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button