Lyupço Doryev: “Sumqayıt”la matç asan olmayacaq”

Şimali Makedoniyanın “Şkendiya” klubunun futbolçusu Lyupço Doryev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin yaxşı keyfiyyətə malik komanda olduğunu bildirib.

Makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını söyləyib:

“Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. “Sumqayıt” adi komanda deyil. Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram”.

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” matçı avqustun 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button