“Lion”u Qətər klubuna dəyişdi
“Lion”un yarımmüdafiəçisi Tiaqo Mendesin Qətər təmsilçisi “Əl-Rayyan”a keçidi rəsmiləşib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla 2 illik müqavilə imzalanıb.
Mendes 2017-2019-cu illərdə Fransanın “Lill”, 2019-2023-cü illərdə isə “Lion” klublarında forma geyinib.
O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin