
“Arsenal” futbolçusunu icarəyə verdi
“Luton Taun” “Arsenal”dan Albert Sambi Lokanqanı heyətinə qatıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın debütantı belçikalı dayaq yarımmüdafiəçisini icarəyə götürüb.
Lokonqa 2021-ci ilin yayında “Anderlext”dən “topçular”a transfer edilib. 23 yaşlı futbolçu 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Kristal Pelas”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin