Lus Suaresi La Liqaya qaytarmaq istəyirlər

Uruqvaylı hücumçu Luis Suares La Liqaya qayıdaraq “Sevilya”ya keçə bilər.

Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, Uruqvay “Nasional”ında çıxış edən 35 yaşlı hücumçu 2022-ci ilin sonunda, müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq. “Sevilya” qışda Suaresi transfer etməkdə çox maraqlıdır, çünki ispanlar onu pulsuz əldə edə biləcəklər.

Suarse İspaniya La Liqasında artıq “Barselona” (2014-2020) və “Atletiko”da (2020-2022) çıxış edib.

Bundan əvvəl uruqvaylı hücumçu ilə MLS klublarından “Los Anceles Qalaksi”nin maraqlandığı bildirilirdi.

Suares 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında Uruqvay millisinin heyətində çıxış edəcək. Uruqvay yığması Portuqaliya, Qana və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button