“Məncə, Lunyov Rusiyanın ən yaxşı qapıçısıdır”
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov qolkiperin Rusiya millisinin Serbiya və Paraqvayla yoldaşlıq oyunları üçün heyətinə daxil edilməsini şərh edib.
Komanda.az “Çempionat” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun agenti Lunyovun milliyə çağırılmağa layiq olduğunu deyib:
“Lunyov Rusiya millisinin siyahısına salınmağa layiqdir. Dəfələrlə demişəm: məncə, Lunyov Rusiyanın ən yaxşı qapıçısıdır. İndi Rusiya Premyer Liqası başlayacaq, görək qalan qapıçılar necə görünəcək. Rusiyada iki ay ərzində oyun olmadığı üçün müqayisə etmək çətin idi.
Mənim üçün Lunyovun milliyə çağırılması sürpriz olmadı, bunu gözləyirdim. Düşünürəm ki, indi o, Paraqvay və Serbiya ilə matçlarda əsas siyahıda yer almalı olacaq. Onun “Qarabağ”ının martın 7 və 14-də “Bayer”lə (Leverkuzen) oyunları var”.
Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvayla Moskvada yoldaşlıq oyunu keçirəcək.
Bizi Facebook-da izləyin