Lunyov: “Mövsümü iki kubokla başa vurmaq əla olardı” – MÜSAHİBƏ
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov “Известия” nəşrinə müsahibə verib.
Komanda.az xəbər verir ki, qolkiper Ağdam klubunun daxili liqadakı erkən uğurunun səbəblərinə də toxunub:
– Qeyri-rəsmi oyunlar üçün klubdan ayrılıb milli komandaya səfər etmək nə dərəcədə maraqlıdır?
– İndi məni qətiyyən heç nə narahat etmir. Çünki “Qarabağ”la sentyabrdan dekabra qədər demək olar ki, bütün dövrü çox sıx qrafiklə, üçüncü gündən dördüncü və ya iki gündən sonra üçüncü günədək oynayırıq. Yanvarın sonundan indiyə kimi eyni qrafik olub. Əvvəlcə Avropa Liqasının qrup mərhələsində, daha sonra pley-off mərhələsində iştirak belə sərt qrafik tələb edirdi. Mən buna öyrəşmişəm, ona görə də milli komandaya səfər məni fiziki cəhətdən qətiyyən yormadı. Prinsipcə, “Qarabağ” təqviminin belə sıxlığı sayəsində yaxşı oyun tonusundayam və fiziki olaraq daim oynamağa az-çox hazıram.
– Mart ayında Azərbaycanda meydançalar daha yaxşıdır?
– Qışdan sonra meydançalar da bir az yüklənmiş görünür. Demək olar ki, ot hələ yaşıllaşmayıb.
– Hava Moskvadakından daha istidir?
– Külək var. Hər şeyin çiçəklənməsi üçün temperatur müsbət 20 deyil. Amma tezliklə başlayacaq.
– “Qarabağ”ın heyətində Avropa Liqasının 1/8 finalına yüksəldiz, amma daha da irəli gedə, “Bayer”i demək olar ki, məğlub edə bilərdiz (2:2; 2:3). Keçmiş klubuna artıq sənə güvənməməli olduqlarını sübut etmək istəyirdin?
– Kiməsə nəyisə sübut etmək yox, bu cür motivasiyam yox idi. Avropa Liqasında irəliləmək və məqsədə çatmaq üçün motivasiyamız yüksək idi. Bunu etmək istədim, amma təəssüf ki, alınmadı.
– “Qarabağ” Azərbaycan çempionatında böyük fərqlə dominantlıq edir. “Ufa” və “Zenit”də oynadığınız həmin mövsümlərdə klubunuzu RPL-də təsəvvür etsəniz, nə dərəcədə rəqabətli görünərdi?
– Uzaqdan-uzağa nəyisə müqayisə etmək çətindir. Amma “Qarabağ”ın bu mövsümün ən yaxşı oyunlarını, Avropa Liqasının pley-off oyunlarını götürsək, o zaman düşünürəm ki, istənilən RPL klubu ilə asanlıqla oynaya bilərdik. Başqa bir sual, nəticənin necə olacağıdır. Amma mütləq Rusiyanın bütün top klublarına qarşı mübarizə verərdik. “Qarabağ”ın futboluna baxsaz, başa düşərsiz ki, Rusiyanın bütün klubları ilə oynaya bilərik.
– “Qarabağ” finişə səkkiz tur qalmış çempionluğu təmin etdi. Necə oldu ki, bu mövsüm Avropa Liqasında iştirak etsəz də, çətin qrafiklə dominant olduz?
– Düşünürəm ki, bu, işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılır. Bu, çətin cədvələ və digər məsələlərə baxmayaraq belədir. Bir çox rəqib isə buna hazır deyildi. Məşqçilər korpusunun düzgün sözləri və motivasiyası, kadrların rotasiyası baxımından səriştəli yanaşma da öz təsirini göstərdi. Həkim heyətinin məşqçilərlə birgə əməyini qeyd etmək istərdim ki, onlar bizi bacarıqla hər matça optimal vəziyyətə gətirdilər. Yaxşı, futbolçuların özlərinin peşəkarlığından, məsələyə münasibətimizdən də deməliyik. Hər oyuna motivasiyalı, yalnız qələbə arzusu ilə çıxmışdıq. Bütün bu amillər nəticəyə təsir etdi. Ola bilsin ki, rəqiblərin problemləri də rol oynayıb, amma onların adından danışmaq çətindir. Çempionatın son oyunlarında mümkün qədər çox xal toplamaq, eləcə də qarşıda hələ yarımfinal cavab matçı olan Azərbaycan kubokunu qazanmaq üçün bütün bunları mövsümün qalan hissəsinə saxlamalıyıq. Mövsümü iki kubokla başa vurmaq əla olardı.
Bizi Facebook-da izləyin