
Lunin müqaviləsinin bitməsini gözləyəcək
Yay transfer pəncərəsi zamanı Andrey Luninin “Real”ı tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “kral klubu” ilə müqaviləsini tam şəkildə bitirmək qərarına gəlib. O, bundan sonra gələcəyi ilə bağlı qərar verəcək. Tərəflər arasında hazırkı müqavilə 2025-ci ilin yayında başa çatacaq.
Luninin transfer dəyəri 25 milyon avro qiymətləndirilir. O, ötən mövsüm “Real”la İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub. Lunin 2018-ci ilin iyulundan Madrid klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin