
Lunin “Real”ı bir halda tərk edə bilər
“Real”ın ikinci qapıçısı Andrey Lunin yay transfer dönəmində tez-tez şayiələrin mərkəzində olsa da, komandanı tərk etmək fikrində deyil.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ukraynalı futbolçu bu yay Madrid klubunda qalmaq qərarına gəlib.
Lunin “Real”da çıxışını davam etdirmək və komandanın yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında oynamaq istəyir. O, əsas qapıçı Tibo Kurtuayla rəqabətin çətin olacağını anlayır, ancaq yenə də, mübarizə aparmağa və məşqlərini davam etdirməyə qərarlıdır.
26 yaşlı qolkiper yalnız beş böyük Avropa liqasından (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) – statuslu bir klubdan əsas heyətə zəmanət veriləcəyi halda ayrılmağı düşünə bilər. Amma ona hazırda nə şəxsi, nə də peşəkar baxımdan “Real”dakı mövqeyindən üstün təklif təqdim olunmayıb.
Bizi Facebook-da izləyin