Ukraynalı qapıçının “Real”dan nə vaxt ayrılacağı bilinib
“Real”ın baş məşqçisi Karlo Ançelotti qapıçı Andrey Luninin yay transfer pəncərəsində Madrid klubunu tərk etməyəcəyini bildirib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, ukraynalı futbolçunun bir ildən sonra azad agent kimi Madrid klubunu tərk edəcəyi gözlənilir.
Lunin ötən mövsüm zədəli Tibo Kurtuanın yoxluğunda komandada əsas qapıçı vəzifəsini öz üzərinə götürmüşdü. Lakin Kurtua sağaldıqdan sonra yenidən əsas qapıçı olub və 25 yaşlı Lunin “iki nömrəli” qapıçı postuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin