“Mbappeni bir insan kimi kəşf etmək istəyirəm” – Ukraynalı qapıçı

“Real”ın qapıçısı Andrey Lunin Fransa millisinin hücumçusu Kilian Mbappenin “kral klubu”na keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ukraynalı qolkiper, Mbappeni bir insan kimi kəşf etmək istədiyini bildirib:

“Onunla eyni komandada oynamaq maraqlıdır. Məşqdə və gündəlik həyatda onu görmək istərdim. Mən onu bir insan kimi kəşf etmək istəyirəm. Mbappe dünyanın ən yaxşı futbolçularından biridir. Amma mənə maraqlıdır ki, o, maskasız (Mbappenin Avropa çempionatında burnunun zədələnməsindən sonra maska taxmasını nəzərdə tutur – red.) necədir”.

Mbappe bu yay azad agent kimi “Real”a keçib. Fransalı hücumçu Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button