
“Atletiko” “Real”ın qapıçısı ilə maraqlanır
“Real”ın qapıçısı Andrey Lunin yay transfer pəncərəsində Madridin digər klubu “Atletiko”ya keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Hazırda “Real”da belçikalı qolkiper Tibo Kurtuanın əvəzləyicisi olan Luninlə “Atletiko” ciddi maraqlanır. Madridlilər həmçinin, “Espanyol”un qapıçısı Xuan Qarsiyanın namizədliyini də nəzərdən keçirirlər.
Ukraynalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarınadək qüvvədədir. O, cari mövsümdə “kral klubu”nun heyətində 12 oyuna çıxıb, 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



