Ukraynalı qapıçı qərar verib: Avropa klublarından təklif gözləyir

Rəqabətdə belçikalı həmkarı Tibo Kurtuaya uduzan qapıçı Andrey Lunin komandasını dəyişməyi düşünür.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Ukraynalı qolkiper Avropanın digər klublarından gələn təkliflərə açıqdır. O, sabit “bir nömrə” olacağı komandaya keçmək istəyir. Luninin “kral klubu” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

25 yaşlı futbolçu 2018-ci ilin yayında “Real”a keçib. O, cari mövsümdə 5 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button