
Ukraynalı futbolçu Səudiyyə Ərəbistanı klubuna keçmək istəməyib
“Real”ın qapıçısı Andrey Lunin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçmək istəməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper karyerasını Avropada davam etdirmək istədiyini bildirib.
“Real” növbəti mövsümdə Lunini saxlamaq istəyir və ona yeni müqavilə təklif etməyə hazırdır. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.
25 yaşlı futbolçu ötən mövsüm 31 oyun keçirib, 32 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin