“Real” Luninin qərarını gözləyir
“Real”ın qapıçısı Andrey Lunin hələ də gələcəyi ilə bağlı qərar verməyib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ukraynalı futbolçu hələ də qərarı ilə bağlı Madrid klubunun rəhbərliyinə məlumat verməyib.
“Real” Luninə yeni müqavilə təklif etməyə hazırdır, lakin futbolçu Tibo Kurtuaya görə ehtiyat oyunçular skamyasında oturmaq istəmir. Eyni zamanda, qolkiper hələ də karyerasını davam etdirmək istədiyi klubu seçməyib.
Lunin “Real”dan ayrılmaq qərarına gəlsə, Madrid klubu Kepa Arrisabalaqanı yenidən “Çelsi”dən icarəyə götürməyə çalışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin