
Ukraynalı futbolçu bir kəlməyə görə ölkəsində tənqid atəşinə tutuldu
“Real” Klublararası dünya çempionatının yarımfinalında PSJ-yə qarşı keçirəcəyi oyuna hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun öncəsi yayımlanan bir videoda Madrid təmsilçisinin legioner futbolçuları “yarımfinal” sözünü öz ana dillərində səsləndiriblər.
Bu siyahıda komandanın ikinci qapıçısı ukraynalı Andrey Lunin də yer alıb. O, bu sözü Ukrayna dilində deyil, rus dilində deyib.
Luninin bu seçimi Ukraynada kəskin tənqidlərə səbəb olub. Sosial şəbəkədə və mediada bəzi ukraynalılar onun rus dilində danışmasını qəbulolunmaz sayaraq, ona sərt münasibət bildiriblər.
“Real”la PSJ arasında qarşılaşma bu gün saat 23:00-da start götürəcək.
Rusiya artıq uzun müddətdir ki, Ukraynaya işğalçı hücumlarını davam etdirir.
Bizi Facebook-da izləyin