
La Liqa klubu “Real”ın qapıçısını istəyir
Növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək “Vilyarreal” Ukrayna millisinin və “Real”ın qapıçısı Andrey Luninin transferində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçu “Vilyarreal” tərəfindən əsas qapıçı kimi qəbul edilsə də, özü Madrid klubundan getməyə həvəsli deyil. Eyni zamanda, “Vilyarreal”ın qolkiperin maliyyə tələblərini ödəməyə hazır olmadığı da bildirilir.
Lunin 2024/25 mövsümündə bütün turnirlərdə 14 oyun keçirib və 19 top buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin