Ukraynalı qapıçı 2 rekorda imza atıb

“Real” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Real Sosyedad” üzərində 1:0 hesablı qələbəni bayram edib.

Yeganə qolu braziliyalı hücumçu Endrik vurub.

Komanda.az “Opta Sport”-a istinadən xəbər verir ki, bu qarşılaşmada “kral klubu”nun qapıçısı Andrey Lunin iki rekorda imza atıb.

Ukraynalı qolkiper altı seyv edib ki, bu da 2024/25 mövsümündə bütün yarışlarda qol buraxılmayan matçlarda Madrid klubunun digər qapıçılarında olduğundan çoxdur. Bundan əlavə, o, 2013/14 mövsümündən bəri ölkə kuboku çərçivəsində “quru oyunlar”da komandanın bütün qapıçıları arasında bu göstərici üzrə rekorda imza atıb.

Yarımfinalın cavab oyunu aprel ayında, “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button