“Qarabağ”ın rəqibi ilkə imza atdı

Lüksemburqun “Düdelanj” klubu Avropa Liqasının qrup mərhələsinin ilk oyununda APOEL-i məğlub edib.

Komanda.az xəbər verir ki, səfər matçında 4:3 hesabıyla qələbə qazanan lüksemburqlular turnirdə ilkə imza atıblar. Bu barədə Avropa Liqasının rəsmi “tvitter” hesabı məlumat yayıb. Belə ki, “Düdelanj” Avropa Liqasının qrup mərhələsinin oyunlarında qələbə qazanan ilk Lüksemburq klubu olub.

“Düdelanj” A qrupunda “Sevilya”, “Qarabağ” və APOEL-lə mübarizə aparır. Lüksemburq təmsilçisi 2-ci tur çərçivəsində son Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq. Görüş oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.

“Qarabağ” isə qrup mərhələsinin ilk oyununda “Sevilya”ya məğlub olub – 0:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button