Milli komandanı silmək
Rəşad Ergün
Lüksemburq kimi bir komanda gəlib Bakıda Azərbaycan millisinə üç top vurub, üç xalla qayıdırsa, ölkənin əsas seçmə komandasının oyunlarında səslənən himn, formanın üzərindəki bayraq bu qədər urvatsız edilirsə və bütün bunlar ölkədə söz sahibi olanların vecinə deyilsə, Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov kimi futbolu gömüb, leşi üzərində milyonlar qazananlardan futbol ictimaiyyətinin dəhşətli narazılığı, fəryadı görməzdən gəlinirsə, ciddiyə alınmırsa, Azərbaycanın futbol veteranları AFFA rəhbərliyinin təqaüdünə, vəd etdiyi işə, vəzifəyə satılırsa, satqındırlarsa, uzaqbaşı Zaur Ramazanov kimi hələ də işlə təmin olunmayan birinin söyüşlərinin ümidinə qalmışıqsa, baş məşqçi Canni De Byazi Lüksemburq kimi “cırtdan”a öz şəhərimizdə, öz evimizdə məğlubiyyətdən sonra “inkişaf hiss olunur” deyərək, hamımızı ələ salırsa, aşağılayırsa, məzələnirsə, mən belə milli komandanı da, ona rəhbərlik edənləri də si… silib, ataram zibil qabına, “Qafqaz komandasıdır” deyib, qonşu Gürcüstanın millisinə azarkeşlik edərəm – onlar heç olmasa, arabir də olsa, qələbə qazanırlar, ən əsası, özlərinə hörmət edirlər.
Bizi Facebook-da izləyin