Lüksemburq millisi Bakıya onlarsız gələcək

UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Azərbaycan millisiylə qarşılaşacaq Lüksemburq yığması Bakıya itkilərlə gələcək.

Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Lük Holts mətbuat konfransında bildirib. O, David Türpel və Maksim Şanonun xidmətindən istifadə edə bilməyəcək. Türpel zədəlidir, Maksimin ABŞ-a qayıtdıqdan sonra iki həftə karantində qalmasını istəməyən baş məşqçi onu toplanışa çağırmayıb. Bundan başqa, komandanın hazırlığına qoşula bilməyən Daniel da Mota da Bakıya gəlməyəcək. Bu futbolçuların əvəzinə Marvin Martins və Kris Filips yığmaya çağırılıb.

Azərbaycan – Lüksemburq oyunu sentyabrın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button