
O, yalnız “İnter”ə keçmək istəyir
“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını “İnter”də davam etdirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu artıq agentlərinə və klub rəhbərliyinə “Atalanta”nı tərk edərək, yalnız “İnter”ə keçmək istədiyini açıq şəkildə bildirib.
Nigeriyalı oyunçunun əsas məqsədi bu keçidi mümkün qədər tez reallaşdırmaqdır.
Lukman son mövsümdə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



