Aldadılmış və xəyanətə uğramış kimi hiss edən futbolçu

“Atalanta”nın hücumçusu Ademola Lukman klubun ona olan münasibətindən narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” rəhbərliyi əvvəlcədən Lukmana 35-40 milyon avro aralığında rəsmi təklif gələcəyi təqdirdə, onun transferinə icazə veriləcəyini vəd edib. Ancaq belə təkliflər daxil olsa da, klub keçidə razılıq verməyib və danışıqlar hazırda dayandırılıb.

27 yaşlı forvard uzun müddətdir ki, “İnter”in transfer hədəfindədir.

Nigeriyalı futbolçu özünü aldadılmış və xəyanətə uğramış hesab edir. “İnter” isə Lukmanı əsas transfer hədəfi kimi görür və yaxın zamanda yeni təkliflə çıxış edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button