“İnter”in bütün cəhdləri uğursuz oldu

Ademola Lukmanın “Atalanta”dakı gələcəyi aydınlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi böyük ehtimalla, yeni mövsümdə də Berqamo təmsilçisində çıxış edəcək və A Seriyasının ilk turunda “Piza”ya qarşı oyunda meydanda ola bilər.

Yay fasiləsində 27 yaşlı futbolçunun transferi ilə maraqlanan “İnter” artıq “Atalanta”ya onunla bağlı danışıqlardan çəkildiyini bildirib. Bu qərar barədə oyunçunun agentlərinə də məlumat veriləcək.

Lukman daha əvvəl “İnter”ə keçmək istədiyi üçün “Atalanta”nın məşqlərini buraxmışdı. Klub isə bu səbəbdən futbolçunu cərimələməyi planlaşdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button