“Real”ın futbolçusu millinin baş məşqçisinə səsləndi
“Real”ın müdafiəçisi Lukas Vaskes hələ də İspaniya millisinin gələn ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyətində yer almağa ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, milli komandayla Avropa çempionatına getməyi arzuladığını bildirib:
“Ümid edirəm ki, baş məşqçi De la Fuente “el klassiko”ya baxıb və hələ də məni xatırlayır. Mən İspaniya millisi ilə Avropa çempionatına getməyi arzulayıram”.
Vaskes aprelin 21-də “Barselona” ilə oyunda (3:2) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Vaskes sonuncu dəfə İspaniya millisinə 2018-ci ildə, Rusiyada keçirilən dünya çempionatı zamanı çağırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin