“Empoli”yə yazığım gəlir” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 4-cü turunda “Empoli” üzərində qazanılan qələbəni (7:0) şərh edib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Mourinyo qələbə qazansalar da, oyun zamanı eniş-yoxuşların olduğunu bildirib:

“Yaxşı performans, amma 7:0 yox. Qələbə qazanmaq, rahat hesabla qalib gəlmək istəyirdik. Eniş-yoxuşlar oldu, ona görə də hamı 90 dəqiqə yüksək intensivlikdə oynamağa hazır deyildi. “Empoli”yə yazığım gəlir, amma bu, futboldur. Bəzən 7:0 olur. Ancaq komandamın oyununda bəzi şeylər hələ də xoşuma gəlmədi, məşqçilərlə birlikdə hər şeyi sonra daha ətraflı təhlil edəcəyik.

Biz yaxşı potensiala malik komandayıq və məqsədimiz qələbə qazanmaqdır. Romelu Lukakunun qol vurması mənim üçün fərq etmədi. Bəlkə də, bu, onun üçün vacibdir, bilirəm ki, hücumçular qol üçün yaşayırlar. Təbii ki, qoldan sonra özünü daha xoşbəxt hiss edir, bu onun üçün ideal vəziyyətdir”.

Bu oyundan sonra “Roma” xallarının sayını 4-ə yüksəldərək İtaliya çempionatının turnir cədvəlində 12-ci pilləyə yüksəlib. Bu, Joze Mourinyonun komandasının mövsümdə ilk qələbəsidir. “Empoli” sonuncu yerdədir (0 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button