Lukakunun İtaliyadan “elçi”si var
“Çelsi”nin hücumçusu Romelu Lukaku “Milan”a keçə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Sandro Tonalinin 70-80 milyon avroya “Nyukasl”a satılmasından sonra “Milan” “İnter”də icarə əsasında çıxış edən belçikalı futbolçunu transfer etməyi düşünür.
“Milan” Lukakunu 40 milyon avroya verməyə hazır olan “Çelsi”ylə birbaşa danışıqlar planlaşdırır. “İnter” isə belə bir məbləğ ödəyə bilmir və 30 yaşlı futbolçunu yalnız icarəyə götürməyə hazırdır.
Lukaku “İnter”də üç mövsüm keçirib: 2019/2020, 2020/2021 və 2022/2023. O, son mövsümdə 25 liqa oyununda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin