“İnter” Lukakunun “xəyanət”indən narazıdır

“İnter” hücumçu Romelu Lukaku üçün “Çelsi”yə 35 milyon avro təklif edib. Razılıq əldə edilsə, Milan klubu əlavə 5 milyon avro da ödəyə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” məsələ ilə bağlı London klubundan hələ heç bir cavab ala bilməyib.

“Yuventus” klubu da belçikalı forvard üçün 37,5 milyon avro və 2,5 milyon avro bonus təklif etməyi düşünür. Lakin Turin təmsilçisi Duşan Vlahoviçi satacağı halda Lukaku ilə müqavilə imzalamaq üçün hərəkətə keçəcək.

“İnter” Lukakunun “qoca sinyora” ilə danışıqlar aparmasından narazı olduğunu dilə gətirib.

Lukaku 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün yarışlar daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button