Lukakunu “İnter”də saxlaya biləcək 2 amil
“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukakunun gələcəyi bir neçə amildən asılıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Milan klubunun Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından, həmçinin, gələn mövsüm komandanı kimin çalışdıracağından asılıdır.
Lukaku hələ ki, klubdakı gələcəyini düşünmür, bütün diqqətini “İnter”in Çempionlar Liqası və A Seriyasındakı çıxışlarına yönəldib.
“Telegraph” nəşri daha əvvəl iddia edirdi ki, 29 yaşlı belçikalı futbolçu Maurisio Poçettino baş məşqçi postuna keçdikdən sonra “Çelsi”də yenidən şans qazana bilər.
Lukaku bu mövsüm “İnter”in heyətində 26 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin