Lukaku yenidən İtaliyada
Belçika millisinin və “Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”lə müqavilə imzalamaq üçün İtaliyaya gedib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı belçikalı hücumçu tibbi müayinədən keçdikdən sonra Milan klubu ilə bir illik icarə müqaviləsinə imza atacaq.
Lukaku “Çelsi”yə ötən mövsümün əvvəlində məhz “İnter”dən keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin