
“Kontenin bu titulu qazanacağına inanırdım”
İtaliya A Seriyasında son — 38-ci turun oyunları start götürüb. “Napoli” “Kalyari”yə 2:0 hesabı ilə qalib gələrək ölkə çempionluğunu yenidən qazanıb.
Komandanın uğurunda əsas pay sahiblərindən biri hücumçu Romelu Lukaku olub. O, “Napoli”yə Antonio Konte ilə yaxşı münasibətinə görə keçib və onların əməkdaşlığı bu klubda da uğurlu alınıb.
Komanda.az xəbər verir ki, “calcionapoli1926.it”-ə danışan belçikalı futbolçu çox həyəcanlı olduğunu bildirib:
“Çox həyəcanlıyam, tifozilər üçün sevinirəm. Bu qələbəyə görə çox çalışdıq. Bu uğur təkcə mənim yox, komandanındır. Antonio Konte ilə uzun müddətdir bir-birimizi tanıyırıq və onun bu titulu qazanacağına inanırdım”.
Lukaku əvvəllər Kontenin rəhbərliyi altında “İnter”də çıxış edib.
Bizi Facebook-da izləyin



